Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Fuad Əliyev Hürriyyət TV-ın qonağı olub.
Aparıcı, Xankəndinə 1200 erməninin qayıtması məsələsinə toxunub.
ALDP sədri bildirib ki, 1200 və yaxud 2000 erməninin qayıtması heç bir problem yaratmıyacaq. Qarabağda yaşayan bizim 500 min soydaşlarımız doğma torpaqlarına qayıdandan sonra, ermənilər orda qalmaz. Rus sülhməramlı qüvələr çıxandan sonra, onlar da orada qalmıyacaqlar.
Fuad Əliyev Kəlbəcərin və ümumiyyətlə, azad olunan torpaqlarda soydaşlarımıza güzəştli kreditlərin verilməsi və Qarabağ bölgəsinin çox sürətlə inkişaf edəcəyini bildirib.
Rus sülhməramlıların gəlməsinin cəmiyyətdə bir mənalı olmadığını qeyd edən aparıcı Fərid İmran onların Azərbaycanda qalması məsələsiylə bağlı sual verib.
“Məlum olan razılaşmays görə sülhməramlı qüvvələr 5 il ərzində regionda olacaqlar. Onlar nəzarət edəcəklər ki, orda yaşayan ermənilər bizim əsgərlərə qarşı bir trəxribat etməsinlər. Amma mən hesab edirəm ki, 2-3 ilə onlar çıxacaqlar. Bu birmənalı belə olacaq.”
Ermənilərin 28 il ərzində törətdiyi cinayətlərə görə cavab verəcəyini vurğulayan Fuad Əliyev, dövlətimizin Beynəlxalq məhkəməyə müraciətin mütləq şəklində edəcəyini bildirib.
ALDP sədri millət vəkili Könül Nurullayevanın Ermənistanın təzminatıyla bağlı fikirlərini belə şərh edib - "Öz yerində deyil"