Vurduğu gözəl qoldan bir neçə saniyə sonra meydandan qovuldu - VİDEO

Ekvadorlu hücumçu Qonsalo Plata 2022 Dünya Kubokunun seçmə mərhələsində Kolumbiyaya qarşı ev oyununda fərqləndikdən bir neçə saniyə sonra meydandan qovulub.

Qeyd edək ki, oyun 6:1 hesabı ilə ev sahibi Ekvador komandasının qələbəsi ilə yekunlaşıb.

Q.Plata komandasının beşinci qoluna imza atıb. Vurduğu dəqiq zərbəni qeyd edən futbolçu formasını çıxardığı üçün ikinci sarı vərəqəsini alıb və meydandan kənarlaşdırılıb.

Görüntülər “Movistar Deportes” agentliyinin “Twitter” səhifəsində dərc edilib.

0.3525390625