Qara Qarayev "Neftçi"ni tərk edir?

Ötən mövsüm "Qarabağ"dan "Neftçi"yə transfer olunan futbolçu Qara Qarayevin son zamanlar məşqlərə qatılmadığı və klub rəhbərliyi ilə arasının yaxşı olmadığı deyilir.

Məsələ ilə bağlı Xeber-ps.com-ın sorğusunu cavablandıran klubun mətbuat katibi Asəf Zeynallı Qara Qarayevin komandada qalacağını bildirib.

"Bu barədə bir çox xəbərlər yayılsa da, Qara Qarayev məşqlərə qatılır və hər şey qaydasındadır. Onun klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil".

Xatırladaq ki, Qara Qarayev 2023/24 mövsümündə "Qarabağ"dan "Neftçi" klubuna illik 250 min manatlıq maaş təklifini qəbul edərək keçmişdi. Futbolçu "ağ-qaralar"ın forması ilə çıxdığı 25 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. Qara Qarayevin "Transfermarkt" portalındakı satış dəyəri isə 350 min avrodur.

Anar Həsənov

0.065428972244263