Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan klub prezidenti azadlığa buraxılıb

AFFA tərəfindən fəaliyyəti dayandırılan "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev həbsdən çıxıb.

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, ötən mövsüm I Liqada mübarizə aparmış klubun rəhbəri Zahid Niyazəliyev artıq azadlığa buraxılıb.

Onunla bağlı açılmış cinayət işinə xitam verilib-verilməməsi barədə isə hələlik dəqiq məlumat verilməyib.

Təqribən 6 ay Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olan Niyazəliyev dələduzluq və digər maddələrlə ittiham edilirdi.

Anar Həsənov

0.065104007720947