"Osiyek"in baş məşqçisi: "Zirə" qələbə planlarımızı alt-üst etdi"

"Zirə" çox yaxşı komandadır."

Xeber-ps.com xəbər verir ki, bunu Xorvatiyanın "Osiyek" komandasının baş məşqçisi Federiko Koppitelli deyib.

"İlk hissədə buraxdığımız qol gözlənilməz oldu. Komandamız bu gün zəif oynadı. Yenə də qələbə üstünlüyünü qoruya bilmədik. Son dəqiqədə buraxılan qol komandamıza ağır zərbə vurdu. "Zirə" qələbə planlarımızı alt-üst etdi. Hakim qərarlarına gəldikdə isə, eyni qayda pozuntularına fərqli qərarlar verirdi".

Qeyd edək ki, komandalar arasında ilk matç 1:1, Bakıda keçirilən oyun isə 2:2 hesabı ilə başa çatıb.

Anar Həsənov

0.072815895080566