Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) - APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.
Xeber-ps.com xəbər verir ki, FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
RFŞ - APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən "LNK Sporta Parks" stadionunda keçiriləcək.