AFFA beş klubu birdən cəzalandırdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Azərbaycan Premyer Liqasının ikinci turundan sonra baş verən hadisələrə görə beş klubu birdən cəzalandırıb.

Xeber-ps.com xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunun "Qarabağ" - "Kəpəz" oyununun 78-ci dəqiqəsində "Kəpəz" klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə bir oyun cəzalandırılıb. "Kəpəz" klubu isə 500 manat cərimə edilib.

"Araz-Naxçıvan" - "Şamaxı" oyununda hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" klubu 500 manat cərimə olunub.

"Səbail" - "Neftçi" oyununda "Səbail" klubunun beş futbolçusu sarı vərəqə aldığına görə "Səbail" klubu 700 manat cərimə edilib.

"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra stadionda "Neftçi" klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə "Neftçi" klubu 4 000 manat cərimə olunub.

"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə iki oyun cəzalanıb, "Neftçi" klubu 2 000 manat cəzalandırılıb.

"Turan Tovuz" - "Sumqayıt" oyununda "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz" klubu 700 manat cərimə olunub.

0.29796504974365