Türkiyəli nazir koronavirusa yoluxdu

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk koronavirusa yoluxub.

Bu barədə “Haber Global” məlumat yayıb.

“COVID-19 testimin nəticələri müsbət çıxdı. Çox şükür, ümumi vəziyyətim yaxşıdır. Müalicəmə evdə davam edirəm. Dualarınızı gözləyirəm, bütün xəstələrimizə Allahdan şəfa diləyirəm”, - deyə türkiyəli nazir bildirib.

0.37215113639832