İki yaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Bənövşə Tağıyeva məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Orxanın iki yaşı var. O, doğulan gündən qaraciyərində problem var idi. Daha sonra onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicə etdiririk. İnanın, vəziyyətimiz maddi olaraq çox ağırdır. Həkimlər qaraciyər köçürməsinin onun üçün çox tez olduğunu, bədəninin buna tab gətirməyəcəyini deyirlər".
Bənövşə Tağıyeva Orxanın onun yeganə övladı olduğunu deyib:
"Orxan 15 il sonra dünyaya gəlib. Onun gəlişini necə həsrətlə gözləmişik. Bu qədər həsrətlə gözlədiyim övladımın səhhətinin belə olmağı məni, inanın, çox üzür. Ona nəsə olsa, yəqin ki, ölərəm. Hazırda müalicələri davam etdirə bilmək üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 722-35-42.
Beynəlxalq Bank: 5522 0993 6742 0031.