Yusifin əməliyyat üçün təcili dəstəyə ehtiyacı var

10 yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Yeganə Səfərova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.

"Yusifin on yaşı var. O, anadangəlmə serebral-iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən bütün müalicələrini vaxtlı-vaxtında etmişik. Bir neçə ay əvvəl onun beynində şiş olduğunu öyrəndik. Həkimlər şişi yalnız əməliyyatla götürə biləcəklərini dedilər. Hazırda Yusifin əməliyyata ehtiyacı var".

Yeganə Səfərova övladına baxa bilmək üçün soğan yığdığını bildirib.

"Özüm soğan yığıram, yoldaşım isə suvarma işləri ilə məşğuldur. İnanın, qazandığımız pulla iki uşaq saxlamaq, müalicələrini etmək çox çətindir. Yusifin əməliyyatı üçün ümumi 6 000 manata ehtiyacımız var, bu məbləğin 2 000 manatını toplaya bilsək də, qalan hissəni toplaya bilməmişik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 819-60-14.

Kapital Bank: 4169 7388 5486 0164.

Yusifin əməliyyat üçün təcili dəstəyə ehtiyacı var

Yusifin əməliyyat üçün təcili dəstəyə ehtiyacı var

0.28644204139709