Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların avqustun 9-da ödənilməsi nəzərdə tutulub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.