“Armenia” aviaşirkətinin direktorunun ofisindən külli miqdarda pul oğurlanıb.
Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
“15 noyabr saat 10:41-də polis bölməsinə aviaşirkətin direktor müavini tərəfindən məlumat daxil olub. O bildirib ki, naməlum şəxs və ya şəxslər aviaşirkətin ofisinə daxil olub, direktorun kabinetindən külli miqdarda pul aparıblar”, - deyə agentlik yazıb.
Polis faktla bağlı araşdırma başladıb.