Hazırda Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı rep ifaçısı, məşhur “HammAli & Navai” qrupunun üzvü Aleksandr Əliyev öz ad və soyadını dəyişdirməsinə “YouTube” kanalda aydınlıq gətirib.
O qeyd edib ki, bunun əsas səbəbi təhsil alarkən rəhbərlik tərəfindən qərəzli münasibətə məruz qalması olub.
“2008-cu il idi. Hüquq fakültəsində oxuyurdum. Mənə dedilər ki, rahat təhsil ala bilməyim və rəhbərlik tərəfimdən qərəzli münasibətlə məruz qalmamağım üçün soyadını dəyişmək məsləhətdir”, - deyə “HammAli & Navai” qrupunun üzvü bildirib.
Qeyd edək ki, əslən azərbaycanlı sənətçinin sənəddə ad və soyadı Qromov Aleksandr Mixayloviç kimi qeyd olunub.