Futbol üzrə Ukrayna milli komandasının daha üç futbolçusunun İsveçrə ilə oyun ərəfəsində COVID-19 testinin nəticələri müsbət çıxıb.
Bu barədə Ukrayna Futbol Federasiyası xəbər yayıb.
Belə ki, qapıçı Dmitri Riznık, müdafiəçilər Eduard Sobol və Yevgeni Makarenkovun COVID-19-a yoluxduğu təsdiqlənib və futbolçular yığmadan müvəqqəti kənarlaşdırılıblar.