Taleh Kazımov: "Pul siyasətimizin sərtləşməsinə getməyəcəyik"

"Həm dövlət xərclərinin, həm də tənzimlənən xərclərin inflyasiyaya təsiri 2024-cü ilin və 2025-ci ilin sonuna kimi qiymətləndirilib".

APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, proqnozlarda dəyişiklik olmasa, faiz və pul siyasəti ilə bağlı Mərkəzi Bankın qərararları sabit qalacaq:

"Yəni, hər hansı makroiqtisadi çağırışlar olmadığı halda pul siyasətinin sərtləşməsinə getməyəcəyik".

0.082000970840454