Britaniya alimləri belə qənaətə gəliblər ki, veqan pəhrizi bioloji yaşı azalda bilər.
Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, araşdırma 21 cüt əkiz üzərində aparılıb. Səkkiz həftədən sonra yalnız bitki qidaları yeyən subyektlərin daxili orqanlarının və sistemlərinin bioloji yaşının azalması qeydə alınıb.
Pəhrizinə ət, yumurta və süd məhsulları daxil olanlarda isə belə dəyişikliklər müşahidə edilməyib.
Veqan pəhrizinə riayət edənlərin bədən çəkisi orta hesabla 2 kiloqram azalıb. Lakin bəzi ekspertlər belə bir pəhrizin uzun müddət ərzində qida çatışmazlığına səbəb ola biləcəyini və bütün yaş kateqoriyalarına uyğun olmadığını iddia edirlər.