Ağır yanıq xəsarətləri alan məktəblinin köməyinizə ehtiyacı var

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı keçən ilin aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə Xeber-ps.com-a onun anası Şəfa Abdullayeva məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, səkkiz yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandıraraq isinmək istəyib və çaydanı onun üzərinə qoyub:

"Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların pulu yardımsevər insanların köməyi ilə toplandı. İndi isə yenidən bizə kömək lazımdır. Bu müalicə müddətində yanan yerlərin masajı və reabilitasiyası, həkim tərəfindən təyin olunan dərmanların və mazların alınması üçün 900 manat lazımdır. İmkanlı şəxslərdən yenidən bizə dəstək olmalarını xahiş edirəm".

Əlaqə nömrəsi: (077) 310-54-57 (Yağmurun anası Şəfa Abdullayeva).

Uni Bank: 5243 7544 4206 2368.

0.092031955718994