Nazirlik əməkdaşı faciəli şəkildə can verdi

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

0.094616174697876