Azərbaycanda bir kəndə giriş-çıxış bağlandı - SƏBƏB

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.

Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.

0.073198080062866