Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri

Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub.

Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polisə müraciət edən qadın sürücü KIA markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri

Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri

0.3258969783783