Xırdalanda qatar uşağı vurub öldürüb.
Xeber-ps.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, iyulun 22-si saat 19:50-də ADY-na məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, uşaqlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar", - ADY-dən bildirilib.