DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yaydı, xəbərdarlıq etdi

"Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış, təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub".

Xeber-ps.com xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə etdiyi xəbərdarlıqda bildirib.

Belə ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov "Mercedes" markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün maşını yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həlak olublar.

"Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən, yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır", - xəbərdarlıqda deyilir.

DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yaydı, xəbərdarlıq etdi

DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yaydı, xəbərdarlıq etdi

0.13777899742126