Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Xeber-ps.com bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, 92 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.