Bayılda köməksiz vəziyyətdə qalan vətəndaşla bağlı RƏSMİ AÇIQLAMA

Bakının Bayıl qəsəbəsində ağaclıq ərazidə yaşayan vətəndaş köməksiz vəziyyətdədir.

Xeber-ps.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda vətəndaşın səhhətində ciddi problemləri olduğu vurğulanıb.

Qeyd olunub ki, ətrafdakı şəxslər və aidiyyəti qurumlardan gələn nümayəndələr ondan pis qoxu gəldiyi üçün ona kömək edə bilməyəcəklərini bildiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin mətbuat xidmətindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin şəxsin yeri müəyyən edilib:

"Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq".

Məsələ ilə bağlı həm də Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Xeber-ps.com-a bildirdi ki, məsələ araşdırılacaq və gün ərzində məlumat veriləcək.

Əzizə İsmayılova

0.11669611930847