"Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir".
Xeber-ps.com verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.
"Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə, 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək", - deyə nazir müavini qeyd edib.
Almaz Qasımova