İyulun 14-dən 15-nə keçən gecə bütün Fransada Bastilyanın alınması milli bayramının qeyd edildiyi vaxtda Lion küçələrində 40-a yaxın avtomobil yandırılıb.
Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, şəhər və şəhərətrafı ərazilərə 1200 yanğınsöndürən cəlb edilib.
Avtomobillərin əksəriyyəti Lion aqlomerasiyasının şərqində və cənub-şərqində yandırılıb.
Bundan əlavə, şəhərdə iğtişaşlar daha sərt şəkil alıb. Xuliqanlarla polislər arasında toqquşmalar qeydə alınıb.
Nəticədə dörd polis əməkdaşı yaralanıb.
Həmçinin, yoldan keçən bir nəfər - 60 yaşlı kişi pirotexniki vasitələrdən yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İğtişaşların yatırılması zamanı altı nəfər saxlanılıb.