"Gənclərə ekoloji biliklər aşılanacaq".
Xeber-ps.com xəbər verir ki, bu sözləri "Yay Fest"də Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov deyib.
O qeyd edib ki, gənclərdə yaşıl dünya naminə fikirlər formalaşacaq:
"Bu il yaşıl dünya naminə həmrəylik ili elan olunub. Azərbaycanda ilk dəfə iqlim dəyişiklikləri ilə bağlı COP29 tədbiri keçiriləcək. Gənclər Fondu olaraq bu layihələrdən kənar qala bilməzdik. Ona görə də, gənclərin asudə vaxtının düzgün tənzim olunması ilə bağlı layihə təşkil etdik. Məqsəd gənclərin öz yaşıdlarına ekologiyanın vacibliyi ilə bağlı məlumat çatdırmaqdır. Müxtəlif təlimlər keçiriləcək. Ekoloji biliklər aşılanacaq. Yaşıl dünya naminə fikirlər formalaşdıracağıq".
"Uzun illərdir ki, "Yay Fest" təşkil olunur. Builki festival iki ay boyunca davam edəcək. Səkkiz düşərgənin keçirilməsi planlaşdırılır. 2000 dən çox gənc var. Onlar müxtəlif layihələrlə bir araya gələcəklər.
Gənclərin asudə vaxtını səmərəli keçirmələri üçün təhlükəsizlik tədbirlər görülür. Onları daim qorumağa çalışacağıq",- deyə Q.Xəlilov əlavə edib.
Nəzrin Vahid