261 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənib

"Qeydə alınan partiyaların sayı 22-dir. Onlardan kifayət qədər - 551 səlahiyyətli nümayəndə qeydə almışıq".

Xeber-ps.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O bildirib ki, ümumi müraciət edən dairə sayı 119-dur:

"6 dairəyə müraciət olmayıb, 431 nəfər müraciət edib. Təsdiq olunanların sayı 261, imza vərəqəsi alanların sayı 213-dür. Bu göstərici 125 seçki dairəsi üzrə 3,5 faiz təşkil edir. Bu siyahıda insanlar arasında nüfuzu olan şəxslərin sayı çox olsun ki, seçicilər seçim edə bilsinlər".

Könül Cəfərli

0.074352979660034