Əhalinin banklarda nə qədər əmanəti var?

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10.3 faiz artaraq 2024-cü il iyun ayının 1-nə milli valyuta ekvivalentində 13 678.7 milyon manat təşkil edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, əmanətlərin 65.3 faizi milli, 34.7 faizi xarici valyutada qoyulmuş, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16.2 faiz artıb.

0.08303689956665