Bilgəh qəsəbəsində dənizdə batan məktəbli imiş...

Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin şəxs orta məktəb şagirdidir. Məhəmməd Nəsirov adlı yeniyetmə 108 saylı orta məktəbin 10a sinif şagirdi olub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, onun axtarışları davam edir. Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə FHN Aviasiya dəstəsinin bir ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Bu barədə Xeber-ps.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin bir ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bilgəh qəsəbəsində dənizdə batan məktəbli imiş...

Bilgəh qəsəbəsində dənizdə batan məktəbli imiş...

0.077832937240601