Şəkidə Baş Kəldək kənd sakini, 57 yaşlı Mais Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri alıb.
"Unikal" hadisənin təfərrüatını əldə edib.
Belə ki, yanğın yaşlı kişinin yatdığı zaman baş verib və çarpayı alışıb. Onun köməyinə kənd sakinləri çatıblar. Qonşular dərhal müdaxilə edərək M.Nəbiyevi yanan evdən çıxarıblar.
Ağır dərəcəli yanıq xəsarətləri alan M.Nəbiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Onun içkili olduğu və çarpayının da siqaretdən alışdığı bildirilir.