İki yaşlı Asimin dəstəyə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Aynur Əzizova məlumat verib.
O bildirib ki, övladı evdə oynayarkən ağır yanıq xəsarətləri alıb:
"Asimin iki yaşı var. Aprelin 14-də evdə qaçarkən stola dəydi, masanın üzərindəki çaydan onun üzərinə aşdı. Həmin gün onu xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduqlarını deyib:
"Biz İmişli rayonunda yaşayırıq. İnanın, özümüzü güclə dolandırırıq. Ötən ay yardımsevər şəxslərin dəstəyi ilə Asimin müalicəsinin bir hissəsini etdirə bildik. Hazırda nə dərman, nə mazlarını ala bilirik. Müalicəni davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm. Övladımı belə əziyyətli ağrılar içində qoymayın, sizə yalvarıram".
Ailə ilə əlaqə: (099) 757-59-50
"Kapital Bank": 4169 7388 0805 8329.