İmişlidə 9 yaşayış məntəqəsi qazsız qalıb - SƏBƏB

İmişli rayonunda qəza nəticəsində 9 yaşayış məntəqəsi qazsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-lik ortatəzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərininin Rəsullu kəndi ərazisindən keçən hissəsi rabitə xətti çəkən podratçı təşkilata məxsus ekskovator tərəfindən qazıntı işləri aparılarkən zədələnib.

Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar, bu gün işlər yekunlaşana qədər İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhramtəpə qəsəbəsində (ümumi 6000 abonent) qaz təchizatı daxildən dayandırılıb.

0.088720083236694