Tariximizin pasportu sayılan qədim abidələrimizi qorumaq mütləqdir. Çünki hər abidə tarixin izlərini, faktları daşıyır. Amma təəssüf ki, bəzi abidələrimiz baxımsız qaldıqca, tarixdən silinmək təhlükəsi ilə üzləşir.
Belə abidələrimizdən biri də, Zaqatala rayonu, Çüdülü Binə adlanan ərazidə yerləşir. El arasında Torpaq qala, Pəri qala kimi tanınsa da, babalarımızın İslamdan əvvəlki inanclarının ibadətgahı olub.
Tikilmə tarixi dəqiq bilinməsə də, bu qala uzun zaman xristian din xadimlərinin ibadətgahı olub. Akustikasından tutmuş bütün detalların tam incəliklə düşünülüb, ərsəyə gələn məbəddə xristianlıq ayinləri yerinə yetirilib.
Daha ətraflı ATV-nin süjetində:
Zaqatalada tarixi abidə təhlükə ilə üz-üzədir
Zaqatalada tarixi abidə təhlükə ilə üz-üzədir