Sürücü yol hərəkəti qaydalarını pozmadığı halda ona elektron qaydada protokol yazıldığı iddia edib.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, qayda pozuntusu Xocəsəndən Lökbatan gedən yolda qeydə alınıb.
Sürücü 80 km/saat sürət həddi olan yolda 74-80 km/saat sürət ilə hərəkət etdiyi halda radara düşüyünü bildirib.
Baş Dövlət Yol Polis İdarəsindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:
"Qeyd olunan müraciətlər ilə bağlı məsələ qeydə alınıb. Müvafiq araşdırma aparılacaq".
Həmin görüntüləri təqdim edirik:
Sürücüyə qaydaları pozmadığı halda protokol yazılıb?
Sürücüyə qaydaları pozmadığı halda protokol yazılıb?
Nəzrin Vahid