Bakıda 9 saylı poliklinikada baş verən yanğın söndürülüb.
Bu barədə Xeber-ps.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
9 saylı şəhər poliklinikasında baş həkimin iş otağına od vuran şəxs saxlanılıb.
Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün onun iş otağına benzin tökərək yandırıb.
APA xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Xəsarət alanın olmadığı bildirilir.
Əlavə məlumat veriləcək.