Hacıqabul Rayon Xəstəxanasında qadın şoka düşərək öldü

Hacıqabul sakini inyeksiyadan şoka düşərək vəfat edib.

APA-nın məlumatına görə, Hacıqabul sakini, 1969-cu il təvəllüdlü İlhamə Seyran qızı Rəhimovaya Hacıqabul Rayon Xəstəxanasında antibiotik inyeksiya edilib.

Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.096157073974609