Bakıda "Badımcan taksi" və ya "Bakı kebləri" kimi tanınan London taksilərinin sahibsiz qaldığı məkan diqqət çəkib.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
Agentliyin mətbuat xidmətindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirildi ki, istismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə uyğun olan nəqliyyat vasitələri mərhələli şəkildə təmir olunaraq xəttə buraxılırlar.
Əzizə İsmayilova