Azərbaycanda 2024-cü ilin ilk yarısında qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara ən çox qoyulan adlar məlum olub.

Ədliyyə Nazirliyindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ilin I yarımilliyində oğlan uşaqlarına ən çox Uğur (837) adı verilib. Qızlarda isə ilk beşliyə Zəhra və Zeynəb (614) adları başçılıq ediblər.

Qeyd edilən dövrdə oğlanlardan 704 nəfər uşağa Hüseyn adı verilib. Üçüncü yerdə isə Əli adıdır ki, 702 uşağa bu ad qoyulub. 583 körpəyə Yusif, 506-na isə Raul adı verilib.

Qız uşaqlarına qoyulan adlar içərisində ilk beşliyin sonrakı yerlərini Məryəm (587), Aylin (541) və Ayla (528) adları bölüşdürüb.

Almaz Qasımova

0.066893815994263