Naxçıvan sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə ələ keçdi

İyunun 28-də Naxçıvan şəhərinin Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Naxçıvan MR DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Kərim Həsən oğlu Hüseynov Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.7106990814209