Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Azərbaycanda 10-dan çox şirkətə rəhbərlik edən Mehman Allahverdi oğlu Alməmmədov külli miqdarda mənimsəmədə ittiham edilir.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehman Allahverdi oğlu Alməmmədov və onunla birlikdə ittiham olunan İlahim Ərəstun oğlu Mehralıyevə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin olunub.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

0.48551487922668