Məzahir Pənahov: "Naxçıvandakı seçki dairələrində mebel, seçici kabinələri çatışmır"

"Polislər işlərini daim yaxşı görürlər. Bu günə qədər seçki proseslərində heç bir xoşagəlməz hal yaşanmayıb".

Xeber-ps.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, polis əməkdaşları ilə də birgə çalışmaq lazımdır:

"Eyni zamanda Naxçıvan da nəzarətdə saxlanılmalıdır. Eşitdiyim qədər ilə, Naxçıvanda seçki dairələrində mebel, seçici kabinələri və s kimi məsələlərdə çatışmazlıq var.

Naxçıvanın yeni rəhbərliyi də bizimlə işbirliyinə hazırdır. Demişəm ki, işğaldan edilən ərazilərlə yanaşı, Naxçıvan da nəzarətimizdədir".

Könül Cəfərli

0.0918288230896