Göygöldə MÜƏMMALI ÖLÜM: İki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Göygöldə intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.

Kənd sakini 25 yaşlı Səbinə Həsənəliyeva yaşadığı evdə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil. Mərhum iki övlad anası olub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

0.65968298912048