Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.
Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona hər iki çanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.
Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.