"Brussels Morning": "Makron revanşist elementləri Azərbaycana qarşı mübarizə aparmağa təşviq edir"

Ermənistanla Fransa arasında silah tədarükü ilə bağlı yeni müqavilə, bu müqavilə çərçivəsində Parisin İrəvana "Caesar" özüyeriyən artilleriya sistemlərini tədarük etməsi Qafqazda İrəvanla Bakı arasında sülhə potensial təhlükə yaradır.

Bu barədə "Brussels Morning" xəbər portalında dərc edilən məqalədə qeyd olunur.

Müəllif yazır ki, regional sülhün kövrək olduğu bir vaxtda Paris Ermənistanı silahlandırmaqla, Prezident Emmanuel Makron isə bu prosesdə aparıcı mövqe sərgiləməklə sanki yeni münaqişəni alovlandırmağa və Ermənistan daxilindəki revanşist elementləri Azərbaycana qarşı mübarizə aparmağa təşviq edir.

Yazıda Ermənistanın silahlandırılmasına kəskin münasibət sərgiləyən Azərbaycan tərəfinin cavabı da yer alıb.

Müəllif vurğulayır ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın öldürücü hücum silahları ilə təchiz edilməsini fransızların ikiüzlülüyünün növbəti təzahürü kimi qiymətləndirib.

Məqalədə o da xatırlanır ki, Bakı və İrəvan arasında dörd sərhəd kəndinin Azərbaycana qaytarılması və iki ölkə arasında ilk sərhəd nişanlarının qoyulması ilə bağlı bu yaxınlarda əldə olunmuş razılaşma Rusiya və Qərbin heç bir iştirakı olmadan baş tutub.

"Lakin Fransanın Ermənistanla imzaladığı son silah müqaviləsi sülh impulsunu təhdid etdir. Fransanın Qafqazdakı ziddiyyətli siyasəti regionda ciddi qarşıdurmaya və Prezident E.Makronun mirasına çevrilə bilər. Halbuki, E.Makron Ukrayna və Yaxın Şərqdəki müharibələr, artan qütbləşmə və qlobal əməkdaşlığa çağırışlar fonunda, əksinə, sülh toxumu səpməyə çalışmalıdır", - deyə müəllif fikrini tamamlayır.

0.078619003295898