ABŞ-də atışma olub: Ölən və xəsarət alanlar var

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində silahlı insident olub.

Məlumata görə, yaşayış binasında baş verən atışma nəticəsində beş nəfər ölüb, 13 yaşlı qız ağır yaralanıb. Qeyd edilir ki, ölənlərdən dördü qadın, biri kişidir.

Polis hücumda şübhəli bilinən 57 yaşlı Erik Adamsı saxlayıb. Onun iki fərqli mənzilə silahlı basqın etdiyi bildirilir.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Mənbə: Apnews.com

0.27968287467957