İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.

0.10816192626953