Heydər məscidində bayram namazı qılınır

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınır.

Xeber-ps.com xəbər verir ki, Heydər məscidində bayram namazı 07:30-da başlayıb.

Namaz əhli-sünnə imamının müavini Hacı Fuad Nəbiyevin rəhbərliyi ilə qılınır.

Namazda bir sıra din xadimləri iştirak edirlər.

Qeyd edək ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 16-na təsadüf edir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Nəzrin Vahid

0.33178305625916