Polis əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 5 ton olan 11 870 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.