Tərtər rayonunda 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır", - məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.